Sumqayıt şəhərində ümumi sahəsi 300 m² olan dəmir konstruksiyadan ibarət mağazanın taxta atmaları, içərisində taxta və plastmas taralara yığılan meyvə-tərəvəz məhsulları 250 m² sahədə yanıb.
FHN-dən "İki sahil"ə verilən xəbərə görə, yüksək temperaturdan yaxınlıqda dayanan "Mercedes" markalı yük avtomobilinin 1 ədəd ön farası və buferi əriyib. Mağazanın və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Elm, texnologiya, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət mükafatlarına təqdim edilən əsərlər müəyyənləşib
Nizami Kino Mərkəzinin yazılarla korlanmış fasadının ilkin görünüşü bərpa olunub
Reabilitasiya mərkəzlərində autizm sindromlu əlilliyi olan şəxslər də xidmətlərlə təmin edilir