Bu gün Misli Premyer Liqasında 21-ci tura start veriləcək.
“İki sahil” xəbər verir ki, ilk oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə 5-ci pillədəki "Səbail" evdə son çempion, hazırda turnir cədvəlinə liderlik edən "Qarabağ"la qarşılaşacaq. Oyun saat 15:00-da start götürəcək.
Günün digər görüşündə 7-ci yerdəki "Sabah" 8-ci pillədəki "Turan Tovuz"u qəbul edəcək. Bu matç isə saat 17:30-da başlayacaq.
Turun digər oyunları 4 və 5 fevral tarixlərində keçiriləcək.
Misli Premyer Liqası,
21-ci tur
4 fevral
15:00. “Səbail” – “Qarabağ”
Hakimlər: Cavid Cəlilov, Vüsal Məmmədov, Cəmil Quliyev, Rauf Allahverdiyev
“ASCO Arena”
17:30. “Sabah” – “Turan Tovuz”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Zöhrab Abbasov, Kamran Əliyev
“Bank Respublika Arena”
4 fevral (bazar)
15:00. “Sumqayıt” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
17:30. “Qəbələ” – “Zirə”
Hakimlər: Rəşad Əhmədov, Şirmamed Mamedov, Asiman Əzizli, Nicat İsmayıllı
Qəbələ şəhər stadionu
5 fevral (bazar ertəsi)
15:00. “Kəpəz”– “Araz-Naxçıvan”
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Teymur Teymurov, Əli Əliyev
Qəbələ şəhər stadionu