Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti başda beynəlxalq məsələlər üzrə komitənin sədri Qriqori Karasin olmaqla, Azərbaycanda prezident seçkilərinin müşahidəsində iştirak edəcək. “İki sahil” Secki-2024.az saytına istinadən xəbər verir ki, bu barədə parlamentin yuxarı palatasının mətbuat xidməti bildirib.
“Fevralın 5-dən 8-dək senatorlar Azərbaycan Respublikasında növbədənkənar prezident seçkilərinin müşahidəsində iştirak edəcəklər. Parlamentarilər Azərbaycana MDB, Şanxay Əməkdaşlıq Təşkilatı və MDB-nin Parlamentlərarası Assambleyasının müşahidəçilər missiyasının xətti ilə yollanacaqlar” – deyə, məlumatda vurğulanıb.
Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə Federasiya Şurasının elm, təhsil və mədəniyyət komitəsi sədrinin birinci müavini İlyas Umaxanov, Federasiya Şurasının federativ quruculuq, regional siyasət, yerli özünüidarəetmə və Şimal məsələləri komitəsi sədrinin müavini Anatoli Şirokov və Federasiya Şurasının Konstitusiya qanunvericiliyi və dövlət quruculuğu komitəsinin üzvü Aleksan Başkin daxildir.
Kamran Bayramov: Azərbaycan-Özbəkistan strateji müttəfiqlik münasibətləri müasir çağırışlara cavab verir
Azərbaycan–Özbəkistan münasibətləri Türk dünyasının inteqrasiyası üçün nümunəvi model formalaşdırır
Vüqar Rəhimzadə: Azərbaycan-Özbəkistan münasibətləri möhkəm bünövrə üzərində müttəfiqlik səviyyəsinə yüksəlib