Şuşa fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırdır. “İki sahil” Secki-2024.az saytına istinadən xəbər verir ki, Şuşa şəhər 1 nömrəli tam orta məktəbin binasındakı 105 saylı seçki məntəqəsində 1189 nəfər seçici qeydə alınıb. Məntəqə üzrə yalnız bir nəfər ilk dəfə səsvermə hüququndan istifadə edəcək.
Qeyd edək ki, məntəqə 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinə daxildir. Seçki məntəqəsi zəruri texniki vasitə və metodiki vəsaitlər ilə təmin olunub, orada seçici siyahıları və məlumat lövhələri asılıb. Seçicilərin öz mövqelərini sərbəst şəkildə bildirmələri üçün kabinələr yaradılıb. Seçki məntəqələrində katib və üzvlər, habelə seçkini izləyəcək müşahidəçilər üçün yerlər müəyyənləşdirilib. Seçicilərə səsvermənin keçirilmə tarixi, vaxtı və yeri barədə bildirişlərin paylanması işi də başa çatıb.
Kamran Bayramov: Azərbaycan-Özbəkistan strateji müttəfiqlik münasibətləri müasir çağırışlara cavab verir
Azərbaycan–Özbəkistan münasibətləri Türk dünyasının inteqrasiyası üçün nümunəvi model formalaşdırır
Vüqar Rəhimzadə: Azərbaycan-Özbəkistan münasibətləri möhkəm bünövrə üzərində müttəfiqlik səviyyəsinə yüksəlib