Seçkilərin demokratik keçirilməsinin əsas şərtlərindən biri də medianın fəaliyyətinə yaradılan şəraitdir. Azərbaycan bu prinsiplərə əməl edən ölkələr arasındadır. Sizin ölkənizdə medianın seçki prosesində iştirakı beynəlxalq standartlara uyğun şəkildə təmin olunur.
“İki sahil” xəbər verir ki, bunu secki-2024.az saytına açıqlamasında Küveytin “Al-seyassah” qəzetinin köşə yazarı və media məsləhətçisi Abdulrahman Al Ajmi deyib.
Azərbaycanda seçki ilə bağlı prosesləri izləyən küveytli jurnalist qeyd edib ki, seçkilərdə onun üçün ən maraqlı məqam medianın fəaliyyətinin necə tənzimlənməsidir: “Azərbaycanın təcrübəsi olduqca müsbətdir. Seçkiqabağı təşviqat kampaniyasında media həm ödənişsiz, həm də ödənişli əsaslarla namizədlərə yer verir. Bu, mükəmməl yanaşmadır, namizədlər arasında heç bir fərqin qoyulmaması, bərabərliyin təmin edilməsi vacib amillərdəndir. Eyni zamanda, Mərkəzi Seçki Komissiyası mediaya olduqca açıqdır. Bu isə ictimaiyyətin informasiya ilə təmin edilməsində problemin yaşanmasının qarşısını alır. Seçki günü jurnalistlərin səsvermə prosesini yaxından izləməsi, hətta səslərin sayılmasında iştirak etmək imkanının olması həqiqətən də beynəlxalq səviyyədə örnək kimi qəbul edilə bilər”.
Abdulrahman Al Ajmi vurğulayıb ki, kənardan obyektiv şəkildə baxdıqda, Azərbaycanın demokratik ənənələrə sahib ölkə olduğu daha aydın görünür: “Fikrimcə, 7 fevral Prezident seçkiləri demokratik seçki ənənəsini bir daha nümayiş etdirəcək”.
Kamran Bayramov: Azərbaycan-Özbəkistan strateji müttəfiqlik münasibətləri müasir çağırışlara cavab verir
Azərbaycan–Özbəkistan münasibətləri Türk dünyasının inteqrasiyası üçün nümunəvi model formalaşdırır
Vüqar Rəhimzadə: Azərbaycan-Özbəkistan münasibətləri möhkəm bünövrə üzərində müttəfiqlik səviyyəsinə yüksəlib