Azərbaycanda yüksək texnologiyalardan istifadə şəffaf seçkilər keçirmək niyyətini açıq göstərir.
“İki sahil” xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Yousef Aldobeay Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşdə deyib.
Dəvətə görə minnətdarlığını bildirən Y.Aldobeay qeyd edib ki, Azərbaycan təşkilatın çox fəal üzvdür: “İƏT-in Nizamnaməsində qeyd olunub ki, üzv ölkələr demokratiyanı tam dəstəkləyir. 57 ölkə İƏT-in üzvüdür və onlardan 35-də seçkilər keçirilir. Biz onlardan dəvət alırıq. Biz ölkələrin suverenliyinə və daxili işlərinə qarışmamağı əsas götürürük. Sizdən xahişim olacaq ki, seçkilər uğurla başa çatdıqdan sonra Azərbaycanın təcrübəsini bizimlə bölüşəsiniz. Sizin yüksək texnologiyalardan istifadə etməyiniz şəffaf seçkilər keçirmək niyyətinizi açıq göstərir”.
Sonda qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Kamran Bayramov: Azərbaycan-Özbəkistan strateji müttəfiqlik münasibətləri müasir çağırışlara cavab verir
Azərbaycan–Özbəkistan münasibətləri Türk dünyasının inteqrasiyası üçün nümunəvi model formalaşdırır
Vüqar Rəhimzadə: Azərbaycan-Özbəkistan münasibətləri möhkəm bünövrə üzərində müttəfiqlik səviyyəsinə yüksəlib