Ermənistandan Azərbaycana keçmək istəyərkən saxlanılan Çexiya vətəndaşı barədə bu ölkənin Azərbaycandakı səfirliyi danışmaqdan imtina edib.
“İki sahil” xəbər verir ki, səfirlikdən məsələni şərh etmədiklərini bildiriblər.
Xatırladaq ki, fevralın 3-də Çexiya vətəndaşı Ermənistan tərəfdə minalanmış zonadan keçərək Azərbaycan ərazisinə daxil olub və hərbçilər tərəfindən saxlanılıb.
Elə həmin gün müvafiq məlumat Çexiyanın Azərbaycandakı konsulluğuna göndərilib.
Hazırda faktla bağlı başlanılmış cinayət işi üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində istintaq-əməliyyat araşdırmaları davam edir. (Report)
Kamran Bayramov: Azərbaycan-Özbəkistan strateji müttəfiqlik münasibətləri müasir çağırışlara cavab verir
Azərbaycan–Özbəkistan münasibətləri Türk dünyasının inteqrasiyası üçün nümunəvi model formalaşdırır
Vüqar Rəhimzadə: Azərbaycan-Özbəkistan münasibətləri möhkəm bünövrə üzərində müttəfiqlik səviyyəsinə yüksəlib