"İndiyədək 200-ə yaxın seçici səs verib. Aktivlik çox yüksək səviyyədədir".
“İki sahil” xəbər verir ki, bunu "Report"a açıqlamasında 7 saylı Səbail seçki dairəsinin 2 saylı seçki məntəqəsinin sədri Süleyman Əliyev deyib.
O bildirib ki, yerli və xarici müşahidəçilər səsvermə prosesini izləyirlər:
"Müşahidəçilərin ümumi təəssüratı yaxşıdır. Onlar bizə prosesin şəffaf aparıldığını söyləyirlər. Mütəmadi növbə dəyişilir, müşahidəçilər gedib-gəlirlər. İndiyədək heç bir qanun pozuntusu və ya neqativ hal qeydə alınmayıb".
Bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.
Kamran Bayramov: Azərbaycan-Özbəkistan strateji müttəfiqlik münasibətləri müasir çağırışlara cavab verir
Azərbaycan–Özbəkistan münasibətləri Türk dünyasının inteqrasiyası üçün nümunəvi model formalaşdırır
Vüqar Rəhimzadə: Azərbaycan-Özbəkistan münasibətləri möhkəm bünövrə üzərində müttəfiqlik səviyyəsinə yüksəlib