07 fevral 2024 19:06
1189

Demokratik, ədalətli, azad və şəffaf… - FOTO/YENİLƏNİB

Seçicilərin növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində səsverməsi üçün məntəqələr fevralın 7-də tam tərkibdə fəaliyyət göstərir. Sumqayıt şəhərində səhər saat 8:00-dan etibarən növbədənkənar prezident seçkiləri üzrə səsverməyə start verilib.

Bu şəhərdə 6 dairə üzrə 162 məntəqə var. Seçici sayı isə 309 632 nəfərdir. Onlardan 4 130 nəfəri ilk dəfə səs verənlər, 1 178 nəfəri isə 18 yaşı bu səsvermə gününədək tamam olanlardır.

Mən­tə­qə­lər­də səs­ver­mə­nin ge­di­şi ilə ta­nış ol­maq, se­çi­ci­lə­rin əh­val-ru­hiy­yə­si­ni mü­şa­hi­də et­mək məq­sə­di­lə bir ne­çə seç­ki mən­tə­qə­sin­də olduq. Məntəqələrdə səsvermənin gedişini yerli və beynəlxalq müşahidəçilər, media nümayəndələri izləyirdilər. Seçicilər isə onlara öz seçimlərini sərbəst şəkildə ifadə etmələri üçün məntəqələrdə hər cür şəraitin yaradılmasından razılıqlarını ifadə edirdilər.

Qeyd edək ki, Sumqayıtda ötən seçkilərdə olduğu kimi, müvafiq təcrübələr - "exit Poll", barmağın mürəkkəbə boyanması tətbiq olundu. Təbii ki, bütün bunlar prosesin demokratik, ədalətli, azad və şəffaf keçirilməsi məqsədi daşıyır.

Sumqayıt şəhər 44 say­lı Dairə Seç­ki Komissiyasının 66 say­lı körpələr evində yer­lə­şən 30 say­lı mən­tə­qə­sində qə­lə­bə­lik idi. Mən­tə­qə Seç­ki Komissiyasının səd­ri Nəbi Haqverdiyevin ver­di­yi mə­lu­ma­ta gö­rə, səhər saatlarından 16:00-dək ar­tıq 950 se­çi­ci səs ver­miş­di ki, bu da ümumi seçicilərin 70 faizini təşkil edir. Bu məntəqə üzrə seçicilərin ümu­mi sayı 1401 nəfərdir. Məntəqədə seçki prosesini 13 müşahidəçi izləyib. N.Haqverdiyev bildirdi ki, seçki çox şəffaf və ədalətli keçir: “Səsvermə zamanı xarici təşkilatların nümayəndələri və digər müşahidəçilər prosesi izlədilər. Onlar seçkinin gedişindən razı qaldıqlarını bildiriblər.”

47 saylı Dairə Seç­ki Komissiyasının Sumqayıt şəhər Texniki və təbiət elmləri liseyində yerləşən 1 saylı məntəqəsində də qələbəlik idi. Hər kəs istədiyi namizədə sərbəst surətdə səs verirdi. Beynəlxalq və yerli müşahidəçilərin seçki prossesini izləmələri üçün bütün şərait yaradılmışdı. 1 saylı Məntəqə Seçki Komissiyasının sədri Rüxsarə Məmmədova səsvermənin seçki qanunlarına uyğun aparıldığını, bu seçkiləri xeyli beynəlxalq və yerli müşahidəçinin izlədiyini qeyd etdi. Bildirdi ki, saat 16:00-dək 1363 seçicidən 932 nəfəri məntəqəyə gələrək öz namizədlərinə səs vermişdilər. R. Məmmədova məlumat verdi ki, artıq məntəqəyə gələrək səsvermədə iştirak edə bilməyən və Məntəqə Seçki Komissiyasına müraciət edən 1 seçici üçün səyyar qutu evə aparılıb. Məntəqə üzrə ən yaşlı seçicinin 84 yaşı var.

Seçicilərin fəallığının daha çox nəzərə çapdığı, 44 say­lı Sumqayıt Dairə Seç­ki Komissiyasının şəhər 35 nömrəli tam orta məktəbində yerləşən və 1265 seçicisi olan 35 say­lı seçki mən­tə­qə­sində isə saat 15:00-a olan məlumata görə 803-dən artıq seçici səs vermişdi. Məntəqə Seç­ki Komissiyasının sədri Bəxtiyar Cəbrayılovun sözlərinə görə, seçkilərdə hər hansı qeyri-qanuni hal baş verməyib. Məntəqədə veb-kameranın olduğunu vurğulayan B.Cəbrayılov onu da bildirdi ki, 3 nəfər ilk dəfə səs verən seçici var.

44 saylı Sumqayıt Seçki Dairəsinin 18 saylı seçki məntəqədə də yüksək fəallıq nümayiş olunurdu. Məntəqə Seç­ki Komissiyasının sədri Fəridə Cəlilova gün ərzində heç bir insidentin baş vermədiyini bildirdi. Məntəqədə yerli təşkilatların nümayəndələri prosesi müşahidə edirdi. Bu məntəqə üzrə 1240 nəfər seçicinin olduğunu və onların böyük ruh üksəkliyi ilə növbədənkənar prezident seçkilərində iştirak etdiklərini qeyd edən F.Cəlilova 6 yerli müşahidəçinin daimi olaraq səsverməni müşahidə etdiyini bildirdi. Diqqətə çatdırdı ki, saat 15:00-dək məntəqə üzrə 780 nəfər seçici səs verib.

Seçki prosesini müşahidə edən Yeni Azərbaycan Partiyasının üzvü Aynurə Məsimova seçicilərin prosesə necə maraq göstərdiklərini hələ səsvermə başlamamışdan öncə onların məntəqəyə gəldiklərindən sezildiyini qeyd etdi. Prosesə xoş əhval-ruhiyyə ilə başlanıldığını da vurğuladı.

Prezidentliyə namizəd Fuad Əliyevin müşahidəçisi Samirə Niyazova səsvermənin normal keçdiyini bildirdi, gün ərzində heç bir nöqsanın baş vermədiyini dedi. Seçicilər səsvermədə tam sərbəstdirlər və rahatlıqla öz namizədlərini seçirdilər.

 

Böyük Azərbaycan Partiyasının növbədənkənar prezident seçkilərində iştirak edən müşahidəçisi Rəfiqə Qasımovadan aldığımız məlumata görə səsvermənin şəffaf keçirildi: “Məntəqədə namizədliyi irəli sürülən şəxslərin nümayəndələri var. Heç bir pozuntu müşahidə edilməyib.” 

***

Günün sonunda müşahidə apardığımız seçki məntəqələri ilə əlaqə saxlayaraq səsvermənin nəticələrini öyrəndik.

Sumqayıt şəhər 44 say­lı Dairə Seç­ki Komissiyasının 30 say­lı Mən­tə­qə Seç­ki Komissiyasının səd­ri Nəbi Haqverdiyevin ver­di­yi mə­lu­ma­ta gö­rə, səsvermə günün sonunda 1090 se­çi­ci səs ver­miş­di ki, bu da ümumi seçicilərin 77.8 faizini təşkil edirdi.

47 saylı Dairə Seç­ki Komissiyasının 1 saylı Məntəqə Seçki Komissiyasının sədri Rüxsarə Məmmədova bildirdi ki, səsvermənin sonunda 1363 seçicidən 1029 nəfəri məntəqəyə gələrək öz namizədlərinə səs vermişdilər.

44 say­lı Sumqayıt Dairə Seç­ki Komissiyasının 35 say­lı Məntəqə Seç­ki Komissiyasının sədri Bəxtiyar Cəbrayılovun sözlərinə görə, 1265 seçicidən 996 nəfər səs verdi.

Həmin Dairə Seç­ki Komissiyasının 18 saylı Məntəqə Seç­ki Komissiyasının sədri Fəridə Cəlilova diqqətə çatdırdı ki, saat 19:00-dək məntəqə üzrə 975 nəfər seçici səsvermə hüququndan istifadə etdi.

Orxan Vahidoğlu, “İki sahil”