08 fevral 2024 16:26
1076

Seçki prosesinə heç bir müdaxilə halı ilə qarşılaşmadıq - Kamboca parlamentinin üzvü

Seçkilər azad, şəffaf şəkildə keçirilib. Seçki prosesinə heç bir müdaxilə halı ilə qarşılaşmadıq.

“İki sahil” xəbər verir ki, bu sözləri növbədənkənar prezident seçkiləri ilə bağlı monitorinqin nəticələrini açıqlayan Kamboca parlamentinin nümayəndə heyətinin üzvü, deputat Mosine Sos deyib.

O bildirib ki, seçkilərin təşkilində müasir texnologiyalardan geniş şəkildə istifadə edilməsi təqdirəlayiqdir.

“Seçkilər beynəlxalq standartlara uyğun təşkil edilib. Bütün namizədlərə bərabər şərait yaradılıb. Baş çəkdiyimiz məntəqələrdə seçki və seçicilər üçün bütün lazımi şərait yaradılmışdı. Eyni zamanda, şəffaf proses təmin edilmişdi və bu prosesi tam izləyə bildik. Səslərin sayılması beynəlxalq standartlara uyğun keçirildi. Bütövlükdə səsvermə prosesinin sakit şəraitdə keçdiyini müşahidə etdik. seçkilərlə bağlı Azərbaycan hökumətini və xalqını təbrik edirik”, - deyə Mosine So qeyd edib.