11 fevral 2024 11:41
353

Küçə fənərlərinin əvəzinə bitkilərdən istifadə təklif edildi

ABŞ-də qaranlıqda işıq saçan bitkilər satmağa başlayıblar. Onlardan küçə fənərlərinin yerinə istifadə etmək məsləhət görülür. Bu, işıq çirkləndirməsini və ətraf mühiti pis təsirlərdən qorumağı azaltmağa imkan verəcək.

“İki sahil” xəbər verir ki, “Light.bio” portalının məlumatına görə, biotexniki startapın mütəxəssisləri xüsusi “işıldaböcək” petunyalar yetişdiriblər. Onların alınmasından ötrü alimlər biolüminesens göbələklərin genlərindən istifadə ediblər. Bu göbələklər bir çox tədqiqatlarda artıq çoxdan iştirak edirlər. Onlar fermentlər və kimyəvi maddələr arasında təbii reaksiyalar səbəbindən işıq saçır.