12 fevral 2024 14:10
673

İrəvan məscidləri medallar üzərində TARİXİ FAKTLAR

Milli Məclisin deputatı Elnur Allahverdiyev İrəvan şəhərində fəaliyyət göstərən məscidlər barədə "Facebook" səhifəsində  paylaşım edib.

“İki sahil” xəbər verir ki, paylaşımda qeyd olunur ki, qədim İrəvan şəhərinin müxtəlif rəssamlar tərəfindən hazırlanmış rəsm əsərlərində məscidlərin çoxsaylı minarələri təsvir olunub. 1828-ci ildə Rusiyada İrəvan qalasının ələ keçirilməsinə görə verilmiş medalın arxa tərəfində şəhərin məscidlərinin görüntülərini də görmək olur. XX əsrin əvvəllərində İrəvanda aşağıdakı məscidlər fəaliyyət göstərirdi:

- qədim Şəhər (şəhər) məscidi;

- Qədza Novruzəlibək məscidi;

- Hacı İmamverdi Məscidi;

- Mirzə Səfibəy məscidi;

- Hacı Cəfərbəy məscidi;

- Hacı İlyas məscidi və başqaları.

Hazırda şəhərdə qalan yeganə məscid 1776-cı ildə inşa edilmiş Göy məsciddir.