Xalq artisti Eyyub Yaqubovun 23 fevralda Bakıdakı məkanların birində “Kişilər günü” adlı konsert verəcəyi haqda məlumat və videoçarx yayılıb.
“İki sahil” xəbər verir ki, videoçarxda qeyd olunub ki, xanımlara bəysiz giriş qadağandır.

Tədbirin bu tarixdə keçirilməsi sosial şəbəkə istifadəçilərinin narazılığına səbəb olub. Belə ki, 23 fevral keçmiş SSRİ-də Sovet ordusu və Hərbi Dəniz Donanması Günü kimi qeyd olunurdu. Sovet İttifaqı dağılandan sonra isə 23 fevral Rusiyada Vətənin Müdafiəçisi Günü kimi qeyd olunur.
Bunun ardından Xalq artisti Eyyub Yaqubov açıqlama yayıb.
O, 23 fevralın adi bir gün olduğunu xatırladıb, yazılanları təkzib edib: “Əyləncə məkanlarının birində 23 fevral tarixində keçirilməsi planlaşdırılan konsertimin “Kişilər günü” adı altında anons olunmasına qəti qarşıyam və bu haqda iradımı təşkilatçıya bildirmişəm. Mənim üçün “Kişilər günü” deyilən bir anlayış yoxdur. 23 fevral tarixində adi bir gün kimi sevənlərimin qarşısında çıxış etmək üçün bu təklifi qəbul etmişəm. Məkanın və təşkilatçının xəbərim olmadan bu adla konsertimi izləyiciyə təqdim etməsi yanlışdır. 44 günlük müharibədə qələbə qazanan və 3000 şəhid verən ölkənin vətəndaşları üçün hər gün “Kişilər günü”dür”.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?