12 fevral 2024 16:55
219

Türkiyədə hökumətin iclası keçirilir, F-16-ların tədarükü müzakirə olunur

Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilir.

“İki sahil” xəbər verir ki, toplantıda R.T.Ərdoğanın Birləşmiş Ərəb Əmirliklərinə və Misirə səfəri müzakirə olunur.

Həmçinin, F-16 qırıcı təyyarələrinin ABŞ-dən Türkiyəyə tədarükü məsələsi də gündəlikdədir.

Bundan başqa, bir sıra daxili məsələlərlə bağlı da fikir mübadiləsi aparılır.