12 fevral 2024 17:59
181

Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb - Renkinq

Son bir ildə Azərbaycanda avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən şirkət "Xalq Sığorta" (3,80 indeksi ilə) olub.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının dekabr ayı üzrə açıqladığı şikayət indeksində bildirilib. Məlumata görə, ötən ay ən çox şikayət edilən şirkətlər siyahısında - könüllü ləğv edilən "Azərsığorta" 2.10 indeksi ilə (0,51 bənd artım) ikinci, “Bakı Sığorta” isə 1.72 indeksi ilə ( əvvəlki ayla müqayisədə 0.05 bənd artım) siyahıda üçüncü olub.

Qeyd edək ki, avto-icbari sığorta icazəsi ləğv edilən “AZSIĞORTA”, "İpək Yolu Sığorta", "A-Qroup Sığorta", lisenziyası ləğv olunmuş "Günay Sığorta" və "Naxçıvan Sığorta" üzrə göstəricilər siyahıda nəzərə alınmayıb. Digər sığorta şirkətləri üzrə göstəriciləri aşağıdakı kimidir: