Hər bir daşıyıcının müəyyən maliyyə resursu olmalıdır. Daşıyıcının gediş haqqından müəyyən gəliri olmalıdır ki, qarajını və avtobus parkını yeniləsin. Etriaf edək ki, daşıyıcıların bu istiqamətdə müəyyən çətinlikləri var.
“İki sahil”in xəbərinə görə, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İctimai nəqliyyat şöbəsinin müdiri Emin Məcidov deyib.
O qeyd edib ki, hazırkı maliyyə modeli müəyyən qədər qaneedici deyil: “Biz dayanıqlı maliyyə modeli təklif edirik. Hazırda bu istiqamətdə zəruri addımlar atılır. Düşünürəm ki, yaxın zamanlarda bununla bağlı müəyyən təkliflər olacaq və bu da avtobusların yenilənməsinə müəyyən şərait yaradacaq”.
Neftçala rayonunda yerləşən əmlak kompleksi kimi müəssisənin özəlləşdirilməsinə dair investisiya müsabiqəsi elan edilib
Azərbaycan FAO-nun aqrar-ərzaq sistemlərinin yaşıllaşdırılması üzrə regionlararası siyasət dialoqunda təmsil olunub
Fermer 6,8 manat ödəyir, məhsulunu çoxsaylı risklərdən qoruyur – Günəbaxan sığortası