2024-cü ilin yanvar ayında Azərbaycanda 125,3 kq qızıl istehsal olunub. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 30.9 faiz az istehsal deməkdir.
“İki sahil”in xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub. Belə ki, hazırda qızıl ehtiyatı 156.1 kiloqram təşkil edir.
Ötən ay ölkədə gümüş istehsalı 283.5 kiloqram təşkil edib. Bu da ötən ilin cari dövrü ilə müqayisədə istehsalın 8.2 faiz azalması deməkdir.
DSK-nın məlumatında qeyd olunur ki, hazırda ölkədə gümüş ehtiyatı 556.2 kiloqram təşkil edir.
Neftçala rayonunda yerləşən əmlak kompleksi kimi müəssisənin özəlləşdirilməsinə dair investisiya müsabiqəsi elan edilib
Azərbaycan FAO-nun aqrar-ərzaq sistemlərinin yaşıllaşdırılması üzrə regionlararası siyasət dialoqunda təmsil olunub
Fermer 6,8 manat ödəyir, məhsulunu çoxsaylı risklərdən qoruyur – Günəbaxan sığortası