Razılaşmada iştirak edən “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri yanvarda dekabr ayı ilə müqayisədə gündəlik neft hasilatını 220 min. barel azaldaraq 34,87 mln. barelədək endirib.
Bu barədə “İki sahil” Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatında istinadən xəbər verir.
Hesabata əsasən, alyansın kvotaları olan 18 üzv ölkəsi yanvar ayında gündəlik 35,07 mln. barel neft hasil edib, odekabr ayında isə bu göstərici 35,9 mln. təşkil edib. Beləliklə, “OPEC+” üzrə dekabr ayında gündəlik neft hasilatı 220 min barel azalıb.
Qeyd olunub ki, kvota tətbiq edilən 18 istehsalçının hasilatı sutkada planlaşdırılan 34,32 mln. barel həddini 550 min barel üstələyib.
Xatırladaq ki, Azərbaycan da “OPEC+” razılaşmasının iştirakçısıdır.
Azərbaycan Hava Yolları “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb
Əmtəə nişanlarından qanunsuz istifadənin qarşısının alınması ilə bağlı onlayn maarifləndirici seminar keçirilib
“John Deere” şirkətinin müasir kənd təsərrüfatı texnologiyaları ADAU-da təqdim olunub
“Metroloji təminatın biznes üçün əhəmiyyəti” mövzusunda maarifləndirici sessiya keçirilib