İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin fevralın 13-də keçirdiyi növbəti hərracda 15 nəqliyyat vasitəsi satılıb.
Bu barədə "İki sahil"ə Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, hərraca çıxarılan dövlət əmlaklarına ümumilikdə 74 sifariş qəbul edilib.
Rəqabətli keçən hərracda “İveco” markalı avtobusun start qiyməti 7 500 manat olsa da, son təklif 28 200 manata yüksəlib. İlkin qiyməti 3 500 manat olan “VAZ-21214” markalı avtomobil isə 4 800 manata özəlləşdirilib.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/38pZ6E linki vasitəsilə tanış olmaq mümkündür.
Əmtəə nişanlarından qanunsuz istifadənin qarşısının alınması ilə bağlı onlayn maarifləndirici seminar keçirilib
“John Deere” şirkətinin müasir kənd təsərrüfatı texnologiyaları ADAU-da təqdim olunub
“Metroloji təminatın biznes üçün əhəmiyyəti” mövzusunda maarifləndirici sessiya keçirilib