Bu gün Bakının Binəqədi rayonunun qaz təchizatında fasilə yaranacaq.
Bu barədə “İki sahil” Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən məlumat verir.
Bildirilir ki, Binəqədi rayonu, Binəqədi-Biləcəri şosesində yerləşən 39 mənzilli çoxmərtəbəli yaşayış binasına çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması məqsədi ilə fevralın 16-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vulkan yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Macarıstan şirkətlərinin və beynəlxalq təşkilat nümayəndələrinin “Neft Daşları”na səfəri təşkil olunub - FOTO
SOCAR-da “Kommunikasiya və əməkdaşlıq vasitəsilə tərəfdaşlığın gücü: Enerjinin gələcəyini formalaşdıran qadınlar” mövzusunda tədbir keçirilib