17 fevral 2024 18:29
346

İsmayıllı sakinləri odlu silahları polisə təhvil veriblər

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər keçirib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupundan “İki sahil”ə verilən məlumata görə, keçirilmiş tədbirlər nəticəsində rayon sakinləri 2 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.