ABŞ ötən il 1 milyard dollar dəyərində Rusiya mənşəli yanacaq alıb.
“İki sahil” xəbər verir ki, bu barədə CNN Enerji Və Təmiz Hava Araşdırmaları Mərkəzinin (CREA) təhlillərinə istinadən məlumat yayıb.
Bildirilib ki, Rusiya nefti ABŞ-a dolayı yollarla - Hindistanda saflaşdırıldıqdan sonra daxil olub. ABŞ-ın Rusiya mənşəli yanacaq üçün köçürmələrinin qanuni yollarla baş tutduğu qeyd olunub.
Məlumata görə ötən il, Rusiya Hindistana ümumilikdə rekord 37 milyard dollar dəyərində xam neft ixrac edib ki, bu da Ukraynada müharibənin başlamasından əvvəlki dövrlə müqayisədə 13 dəfə çoxdur.
Sənayedə istehsal olunan malların və göstərilən xidmətlərin həcmi nə qədər olub?
Enerji Dialoqu Platforması çərçivəsində Etilen-Polietilen Zavoduna MEDİA-TUR TƏŞKİL OLUNUB
Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib