Azərbaycan və Səudiyyə Ərəbistanı arasında investisiyaların təşviqi, bərpaolunan enerji və sənaye sahəsində birgə fəaliyyətin genişləndirilməsi imkanları müzakirə edilib.
“İki sahil” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsində payalaşım edib.
“Səudiyyə Ərəbistanı Krallığının energetika nazirinin neft və qaz texniki və tənzimləmə məsələləri üzrə müavini Məcid bin Hindi Aluteibi ilə ölkələrimizin iqtisadi əlaqələrinin dayanıqlı inkişafını təmin edən təşəbbüslər, investisiyaların təşviqi, bərpaolunan enerji və sənaye sahəsində birgə fəaliyyətin genişləndirilməsi imkanları barədə fikir mübadiləsi apardıq”-Mikayıl Cabbarov paylaşımda bildirib.
Sənayedə istehsal olunan malların və göstərilən xidmətlərin həcmi nə qədər olub?
Enerji Dialoqu Platforması çərçivəsində Etilen-Polietilen Zavoduna MEDİA-TUR TƏŞKİL OLUNUB
Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib