Azərbaycan və Çinin BYD şirkəti arasında ekoloji baxımdan əlverişli olan texnologiyaların tətbiqi müzakirə edilib.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Çinin BYD şirkətinin Mərkəzi Asiya ölkələri üzrə icraçı direktorunun müavini İvan Sao ilə keçirdiyimiz görüşdə şirkətin ölkəmizlə əməkdaşlığının istiqamətləri, birgə layihələrin reallaşdırılması və ekoloji baxımdan əlverişli olan texnologiyaların tətbiqinin perspektivləri barədə fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.
Sənayedə istehsal olunan malların və göstərilən xidmətlərin həcmi nə qədər olub?
Enerji Dialoqu Platforması çərçivəsində Etilen-Polietilen Zavoduna MEDİA-TUR TƏŞKİL OLUNUB
Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib