21 fevral 2024 15:09
449

Xocalı soyqırımı qurbanlarının, eləcə də bütün şəhidlərimizin qisası alındı

Xocalı qətliamından 32 il keçir. O şaxtalı-boranlı, 26 fevral günü illər ötdükcə yaddaşlara əbədi həkk olunur. Öz miqyasına görə tarixdə anoloqu olunmayan bu dəhşətli hadisə bir daha bütün bəşəriyyətə erməni şovinistlərinin qaniçənliyini, son dərəcə qəddarlığını göstərdiyi həmin gün erməni silahlı birləşmələri faşistlərdən də qəddar olduqlarını açıq şəkildə dünyaya nümayiş etdirdilər.

Ermənilərin qəddarlığı haqqında həqiqətlərin dünyaya çatdırılması dəhşətli hadisənin xalqımıza qarşı soyqırım aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Artıq Xocalı faciəsinin soyqırm olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatlarının qərar və qətnamələrində əksini tapıb. Dünyanın bir çox ölkəsi tərəfindən parlament səviyyəsində, Xocalı soyqırımını tanınıb.

Hər il xalqımız Xocalı soyqırımını böyük kədər, qəm-qüssə ilə anır, şəhidlərimizin ruhuna dualar oxuyur.

Artıq dörd ilə yaxındır ki, bu ildönümünü fərqli şəkildə anılır. 2020-ci il sentyabrın 27-də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu Ermənistanın işğalçılıq siyasətinə son qoydu. 200 ildən artıq müddətdə xalqımıza qarşı düşmənçilik siyasəti yeridən qəddar Ermənistan ordusu 44 gün içərisində darmadağın edildi. Azərbaycan Ordusu Ermənistana layiq olduğu yeri göstərdi və düşmən üzərində parlaq qələbə qazanaraq doğma torpaqlarımızı işğaldan azad etdi. Xocalının, eləcə də, bütün şəhidlərimizin qisası alındı.

Ancaq bütün bunlara baxmayaraq, faciənin acı nəticələrini unutmamalı, daim yadda saxlamalıyıq və gələcək nəsillər də erməni qəddarlığı barədə məlumatlandırılmalıdır.

Sahilə Bilalova,
Xətai rayonu, 287 nömrəli Zəkalar liseyinin Azərbaycan dili və ədəbiyyat müəllimi
YAP Xətai rayon təşkilatının üzvü