21 fevral 2024 15:59
275

Türkiyə-Azərbaycan Universitetinin binası Bakıda olacaq

Türkiyə-Azərbaycan Universitetinin binası Bakıda olacaq.

“İki sahil” xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli media nümayəndələrinə açıqlamasında deyib.

Onun sözlərinə görə, burada klassik universitet modelindən söhbət getmir:

"Universitetdə birgə tədris prosesi qurulacaq. Birgə tədris prosesi Türkiyə və Azerbaycan müəllimləri tərəfindən aparılacaq. Tədris dili ilk olaraq türk və ingilis dili üzrə olacaq".