21 fevral 2024 16:05
652

Xidmət meyarımız: peşəkarlıq və sədaqətdir - Arzu Bağırova

Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi (RHİM İB) bu il 6 yaşını qeyd edir. İllərimizin sayı artdıqca üzərimizə götürdüyümüz missiya ilə vətəndaşlarımıza, özəlliklə əhalinin həssas qruplarına faydalı olmaq, dövlətçiliyimizə, bir sözlə, ölkəmizin inkişafına töhfələr verməyə çalışırıq.

Bu fikirləri “İki sahil”ə açıqlamasında  İctimai Birliyin sədri Arzu Bağırova bildirib.

O, qeyd edib ki,  xidmət meyarımız: peşəkarlıq və sədaqətdir. RHİM İB bu meyara uyğun olaraq öz fəaliyyət istiqamətlərini müəyyənləşdirib. Azərbaycan həqiqətlərinin və ölkəmizin müxtəlif sahələrdə qazandığı uğurların beynəlxalq aləmdə tanıdılması, həmçinin Azərbaycan tarixi, mədəniyyəti və incəsənətinin xaricdə təbliği, gənclərin maarifləndirilməsi, onlarda vətənpərvərlik ruhunun gücləndirilməsi, şəhid ailələrinə, qazilərə, fiziki imkanları məhdud insanlara qayğı və belə qayğının təşviqi fəaliyyətimizd aparıcı yer tutmaqdadır.

Şəmsiyyə Əliqızı, “İki sahil”