21 fevral 2024 16:15
286

Trampın aktivləri müsadirə oluna bilər

Nyu-York Prokurorluğu Donald Trampın aktivlərinin müsadirə olunmasını tələb edə bilər.

“İki sahil” xəbər verir ki, bu barədə Nyu-York ştatının Baş Prokuroru Letitia Ceymz (Letitia James) “ABC News” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, ölkənin sabiq prezidenti “Trump Organization” işi ilə bağlı maliyyə fırıldaqçılığına görə təqribən 355 milyon dollar vəsaiti ödəməsə, onun aktivlərinin müsadirə olunması tələb ediləcək.

Qeyd olunub ki, Nyu-York şəhərində, Manhetten kvartalının cənubunda, Uoll-strit küçəsində yerləşən göydələn müsadirə edilə bilər.

Xatırladaq ki, bu ilin 16 fevralında Nyu-York məhkəməsi Donald Trampı “Trump Organization” təşkilatının aktivlərinin qiymətləndirilməsində saxtakarlıq ilə bağlı mülki işdə təqsirli bilib. Bu səbəbdən Tramp təxminən 355 milyon dollar ödəmək məcburiyyətindədir.