21 fevral 2024 17:34
299

Biz bütün məqsədlərimizi reallaşdıracağıq- Armen Qriqoryan

Ermənistan xarici siyasətini şaxələndirməyə çalışır.

“İki sahil” xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə açıqlamasında bildirib.

“Ermənistanın xarici siyasətində qeyri-müəyyənlik yoxdur. Ölkə təhlükəsizlik və xarici siyasətini şaxələndirir. Biz bunu açıq şəkildə, siyasi mesajlar və atılan addımlarla nümayiş etdiririk”, - deyə Qriqoryan bildirib.

Qriqoryanın sözlərinə görə, siyasətin şaxələndirilməsi təkcə Qərbi deyil, Hindistanı və bir sıra digər ölkələri də əhatə edir:

“2020-2021-ci ilə qədər bir hissəsi olduğu təhlükəsizlik sisteminin işləmədiyini, tamamilə səmərəsiz olduğunu görən Ermənistan özü üçün təhlükəsizlik təminatları axtarır və biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Biz öz siyasətimizdə qətiyyətliyik, bu istiqamətdə bütün məqsədlərimizi reallaşdıracağıq”, - deyə Qriqoryan bildirib.