Qvatemalada öldüyü bildirilən gənc qadın 5 saatdan sonra meyitxanada hərəkət etməyə başlayıb.
“İki sahil” Türkiyənin "Hurriyet" nəşrinə istinadla xəbər verir ki, işçilər tam 5 saat sonra meyitdə qeyri-iradi hərəkətlər görüblər və meyiti yoxlayanda qadının sağ olduğu məlum olub. Bunu görən tibbi personal təşvişə düşüb.
Qadının cəsəd torbasında təcili yardıma aparıldığının görüntüləri sosial şəbəkələrdə yayılıb.
Ölkənin Səhiyyə Nazirliyi isə xoşagəlməz hadisəni təsdiqləyib. Mərkəzi Amerika ölkəsi Qvatemalada yerləşən San Juan de Dios xəstəxanası adı açıqlanmayan gənc qadının iki dəfə ölümünün şahidi olub. Bu təəccüblü hadisə ölkənin ən diqqətçəkən xəbərlərindən biri olub.
Günel Cəlilova, "İki sahil"
Una joven mujer fue declarada fallecida en el Hospital San Juan de Dios, enviada a la morgue y posteriormente regresada a la emergencia, debido a que tenía movimientos y aparentemente aún respiraba. pic.twitter.com/3meLM4SOtH
— InfoGT_Noticias (@infogt_noticias) February 18, 2024
Trampın Sülh Planında dondurulmuş Rusiya aktivləri ilə bağlı bəndi ləğv edilib?