24 fevral 2024 13:12
666

Polis kapitanı KOK Peşəkar kəmərinin sahibi oldu – VİDEO

Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin YYÇ-nin inspektoru polis kapitanı Abbas Tunc İsmayıl oğlu KOK Peşəkar kəmərinin sahibi olub.

“İki sahil” xəbər verir ki,  o, fevralın 23-də Türkiyənin Düzce şəhərində keçirilən Peşəkar Kikboksinq üzrə KOK (king of king’s)  turnirində, 77 kq-da hollandiyali Kevns Simonsla döyüşün 1-ci raundunda texniki nokautla qalib gələrək KOK Peşəkar kəmərinə sahib çıxıb.

Ümumilikdə isə polis kapitanının peşəkar rinqdə 5 döyüşdə 5 qələbəsi var.

O, qələbələrinin ikisini nokautla qazanıb.