Bakının Suraxanı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“İki sahil” xəbər verir ki, avtomobil yolu keçən 1957-ci il təvəllüdlü Asalıyeva Amalya Nəcməddin qızını vurub.
Yaralı ağır vəziyyətdə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Həkimlərin səyinə baxmayaraq, o dünyasını dəyişib.
Hadisənin təfərrüatı araşdırılır.