25 fevral 2024 03:30
312

Misir Qəzzada məcburi köçkünlər üçün düşərgələr qurur

Misir tezliklə Qəzza zolağında məcburi köçkünlər üçün iki xüsusi düşərgə tikəcək.

“İki sahil” xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, Misir hakimiyyəti artıq Qəzzanın cənubunda Xan-Yunis şəhəri yaxınlığında məcburi köçkünlər üçün düşərgə tikintisinə başlayıb.

Daha bir çadır şəhərciyi Der əl-Bəlahın şimalında tikiləcək.

Xan-Yunis yaxınlığındakı düşərgə 4 minə qədər köçkünü qəbul edə biləcək və yaxın bir həftə ərzində tam hazır olacaq.