28 fevral 2024 08:54
251

Laçınlı sakin: Doğma yurduma qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

"Laçına qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur. Oradan gənc yaşlarımda ayrılmışam. Çox ağrılı-acılı günlər yaşamışıq. Allaha şükürlər olsun ki, çətin günlər geridə qaldı".

“İki sahil” xəbər verir ki, bu sözləri Laçına qayıdan keçmiş məcburi köçkün Musayev Cavanşir söyləyib.

Ailəsi ilə birlikdə Sumqayıt şəhərində məskunlaşdıqlarını bildirən keçmiş məcburi köçkün deyib ki, Laçındakı xatirələrini unutmayıb, doğma el-obalarını görmək üçün səbirsizlənir.

"Bu gözəl günləri bizə yaşadan Prezidentimizə öz minnətdarlığımı bildirirəm. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirəm", - deyə o vurğulayıb.