01 mart 2024 16:00
915

Cızılmış eynəklərdən qurtulun!

Eynəklər istifadə şərtlərindən asılı olaraq köhnələ və cızıla bilər. Səthi cızıqlarla dolu olan eynəklərdən istifadə etmək çox bezdirici olur.

Eynək şüşələrindəki cızıqlar görmə qabiliyyətini çətinləşdirir və eynəyi yararsız hala salır. Ancaq bunun üçün bir həll yolu var. Diş pastasından istifadə etməklə təkcə dişlərinizi deyil, eynəklərinizi də parıldada bilərsiniz.

Cızılmış və çirkli gözlüklərin problemlərini həll etmək üçün istifadə edilməli olan yeganə məhsul diş məcunudur. Eynəyin üst təbəqələrini cilalayaraq onları təmizləyəcək. Diş pastası müxtəlif səthlərin təmizlənməsi üçün də seçilən təsirli bir vasitədir.

Eynəklərinizi təmizləmək üçün diş pastasından bir qədər yumşaq bir parça üzərinə sıxın. Sonra yavaş hərəkətlərlə eynəkləri silə bilərsiniz.

Ancaq şüşə üzərindəki cızıqları aradan qaldırmaq üçün diş məcununu dairəvi hərəkətlərlə silməməlisiniz. Eynəyin şüşələrini yan hərəkətlərlə silmək daha faydalıdır.

Diş pastası ilə təmizlədikdən sonra eynəyinizi ilıq su və ya şüşə təmizləyici ilə yuya bilərsiniz. Mikrofiber parçadan istifadə bu mərhələdə eynəklərə zərər verməyəcək. Beləliklə, eynəyinizin ilk günkü kimi parladığını görəcəksiniz.

Bu sadə və praktik üsul sayəsində siz eynəklərdəki cızıqları aradan qaldıra və daha aydın görməni təmin edə bilərsiniz. Diş pastası təkcə cızıqları cilalamaqla yanaşı, şüşənin səthindəki çirkləri də aradan qaldıracaq.

Orxan Vahidoğlu, “İki sahil”