03 mart 2024 14:23
479

FHN əməkdaşları 3 yaşlı uşağı xilas edib

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfər azyaşlının evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

“İki sahil” xəbər verir ki, Nazirliyin yaydığı məlumata görə, FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilə pəncərədən daxil olaraq 2021-ci il təvəllüdlü M.Zeynalovu xilas edərək ailə üzvlərinə təhvil veriblər.