15 may 2026 23:49
106

SOCAR komandası dövlət qurumları arasında keçirilən minifutbol turnirinin qalibi olub

SOCAR prezidenti Rövşən Nəcəf Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında keçirilən IV minifutbol turnirinin qalibi olan SOCAR komandası ilə görüşüb.

“İki sahil” xəbər verir ki, görüş zamanı komandanı təbrik edən SOCAR prezidenti turnir boyunca məğlubiyyətsiz çıxış edərək finalda inamlı qələbə qazanan kollektivin bu uğurunun peşəkarlığın, intizamlı oyunun və yüksək qələbə əzminin nəticəsi olduğunu bildirib.

Qeyd olunub ki, komandanın aparıcı oyunçularından Elnur Hüseynovun turnirin “Ən yaxşı oyunçusu” nominasiyasına layiq görülməsi qazanılan uğurun əhəmiyyətini daha da artırıb.

Rövşən Nəcəf SOCAR komandasının bu uğurlu çıxışının davamlı olacağına əminliyini ifadə edərək bildirib ki, kollektiv 5–7 iyun 2026-cı il tarixlərində Kasablanka şəhərində keçiriləcək III Dünya Korporativ Oyunlarında ölkəmizi layiqincə təmsil etmək üçün bütün imkanlarını səfərbər edəcək.

Görüş çərçivəsində komanda üzvlərinə turnirdə göstərdikləri yüksək peşəkarlıq, komanda ruhu və qələbəyə verdikləri töhfəyə görə SOCAR-ın Aparat rəhbəri, Neftçi İdman Klubunun İdarə Heyətinin sədri Hafiz Zeynalov tərəfindən təşəkkürnamələr təqdim olunub.