2023-cü ildə Azərbaycanın regionlarında ümumi məhsul buraxılışının dəyəri 40,2 milyard manat təşkil edib.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, 2022-ci illə müqayisədə regionlar üzrə ümumi məhsul buraxılışı 5,6 % artıb.