05 mart 2024 15:58
302

Çin hökuməti "nəbz yoxlayır"

Avropa rəsmiləri Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Huinin ikinci Avropa turu zamanı Pekinin vasitəçiliyi ilə Ukrayna üzrə sülh danışıqların aparılmasının mümkün olub-olmadığını yoxlamaq üçün “vəziyyəti dəyərləndirməsini” gözləyirlər. 

“İki sahil” bu barədə "South China Morning Post"a istinadla xəbər verir.

Həmçinin nəşrin yazdığına görə, avropalı rəsmilər, diplomatlar və müşahidəçilər Ukraynadakı münaqişənin Li Huinin 2023-cü ildə Avropaya səfəri ilə müqayisədə "tamamilə fərqli yerdə" olduğu qənaətindədirlər.

Qeyd edək ki, martın 3-də Moskvada Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşdə Li Hui bildirib ki, Çin Rusiya və Ukrayna arasında sülh danışıqlarını asanlaşdırmaq üçün səyləri davam etdirməyə hazırdır.

Xatırladaq ki, Li Huinin ilk turnesi ötən ilin mayında baş tutub. O, Ukrayna prezidenti Volodimir Zelenski, bir sıra Avropa ölkələrinin diplomatları, həmçinin də Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb.

Günel Cəlilova, "İki sahil"