İran bu gün Astara limanında (İran) Hərbi Dəniz Qüvvələrinin (HDQ) təlimini keçirib.
“İki sahil” xəbər verir ki, məlumatı "Sepah"ın informasiya mənbələri yayıb.
Bildirilib ki, təlimlər zamanı şərti düşmənin mövqelərinə hücum edilib.
Məlumata görə, təlim zamanı partlayış səslərindən yerli sakinlər narahat olub.