05 mart 2024 18:38
312

Xunta rejiminin işğal dövründə Xankəndidə inşa etdiyi binalar sökülür FOTO

Məlum olduğu kimi, XIX əsrdən etibarən işğalçılıq niyyətlərini həyata keçirən və tarixi Azərbaycan torpaqlarında "böyük Ermənistan" xülyasını reallaşdırmaq üçün müxtəlif çirkin yollara əl atan ermənilər, həmçinin türk xalqlarına qarşı amansız soyqırımları törətmişlər. XX əsrin sonlarına yaxın Ermənistanda Azərbaycana qarşı separatçılıq meyilləri genişmiqyaslı hərbi toqquşmalarla müşayiət olundu. Bəzi Qərb ölkələrinin, qlobal güc dairələrinin, xristian mərkəzlərin köməyi ilə davam edən bu hərbi təcavüz Azərbaycanın suveren ərazilərinin - Qarabağın və Şərqi Zəngəzurun işğal altına düşməsi ilə nəticələndi. Dövlətçilik ənənələri olmayan ermənilər bununla da Qafqazda özlərinə dövlət qurmaq üçün separatizm, terrorizm və vandalizm yolunu seçərək türk xalqlarının gələcəyinə kölgə salmağa çalışırdılar. Otuz illik işğaldan azad edilmiş ərazilərimizdə bu gün Ermənistan silahlı qüvvələrinin vandallığının izlərini açıq-aydın görmək mümkündür. Onlar işğal etdikləri ərazilərdə bu müddət ərzində nəinki quruculuq işləri aparmamış, əksinə bu bölgədəki bütün mədəniyyət abidələrini, qəbirləri, evləri, məscidləri dağıtmış, təbiətə ciddi zərər vurmuş, tərk etdikləri ərazilərə isə minalar döşəmişlər. Bu kütləvi vandalizm aktları Ermənistandakı etnik psixoloji vəziyyəti özündə ehtiva edir. Məkrli qonşularımızın işğal illərində əzəli torpaqlarımızda erməni arxitekturası əsasında inşa etdikləri binalar onların həmin ərazilərə sahib çıxmaq niyyətini əks etdirir. Odur ki, xunta rejiminin işğal dövründə Xankəndidə inşa etdiyi binaların sökülməsinə başlanılıb.

“İki sahil”  Ermənistan silahlı qüvvələrinin və separatçıların 30 ilə yaxın işğalda saxladıqları ərazilərdə törətdikləri vandalizm aktlarının aradan qaldırılması istiqamətində Azərbaycan Hökuməti tərəfindən atılan addımların bir hissəsini oxuculara fotolarla təqdim edir.