Martın 5-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Konqo Respublikası Prezidentinin strateji məsələlər və beynəlxalq əməkdaşlıq üzrə şəxsi nümayəndəsi xanım Fransuaz Joli ilə görüşüb.
“İki sahil” xəbər verir ki, görüşdə Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən qlobal enerji layihələri, SOCAR-ın müxtəlif ölkələrdəki fəaliyyəti, tərəfdaşlarla birgə icra edilən layihələr barədə məlumat verilib.
Tərəflər neft-qaz sektorunda müxtəlif istiqamətlərdə, o cümlədən neft və neft məhsullarının treydinqi üzrə əməkdaşlıq imkanlarını nəzərdən keçirib, insan kapitalının inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Macarıstan şirkətlərinin və beynəlxalq təşkilat nümayəndələrinin “Neft Daşları”na səfəri təşkil olunub - FOTO
SOCAR-da “Kommunikasiya və əməkdaşlıq vasitəsilə tərəfdaşlığın gücü: Enerjinin gələcəyini formalaşdıran qadınlar” mövzusunda tədbir keçirilib