AZTV-də Rövşən Məmmədovun müəllifi və aparıcısı olduğu “Həftə” analitik-informasiya proqramında Xəzər dənizinin suyunun quruması ilə bağlı sujet təqdim olunub.
“İki sahil” xəbər verir ki, son 10 il ərzində 1 metrdən çox su itkisinin qeydə alındığı bildirilib.
Qlobal istiləşmə və dəniz suyunun serkulyasiyası prosesə neqativ təsirini göstərir. Amma Xəzərə edilən yalnış insan müdaxilələri də təhlükənin miqyasını daha çox artırır.
Dəniz səviyyəsinin aşağı düşməsinə digər bir nümunə kimi batmış gəmilərin üzə çıxmasını da göstərmək olar. İndiyə qədər suyun bu qədər enməsi və antropogen amillər olmasaydı dəniz səviyyəsi hazırdakı vəziyyətindən 4 metr yüksək olacaqdır.
AzTV-də yayımlanan proqramda 2050-ci ilə qədər Xəzərin 9-18 metr daha enə biləcəyi gözləntisinin olması da diqqətə çatdırılıb.