“SOCAR Türkiyə”nin Baş icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Elçin İbadov 6-cı Enerji və İqlim Forumunda “6-cı Enerji və İqlim Forumunda “Enerji sənayesi necə çevrilə bilər?” panelində məruzəçi kimi iştirak edib.
“İki sahil” xəbər verir ki, “SOCAR Türkiyə” bununla bağlı paylaşım edib.
Tədbir çərçivəsində keçirilən mükafatlandırma mərasimində “SOCAR Türkiyə” davamlılıq fəaliyyətinə görə verilən “Enerjimiz gələcəyimizdir” mükafatına layiq görülüb.

Mükafatı Türkiyə Respublikasının enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar “SOCAR Türkiyə”nin Baş icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Elçin İbadova təqdim edib.
Orxan Vahidoğlu, “İki sahil”
Macarıstan şirkətlərinin və beynəlxalq təşkilat nümayəndələrinin “Neft Daşları”na səfəri təşkil olunub - FOTO
SOCAR-da “Kommunikasiya və əməkdaşlıq vasitəsilə tərəfdaşlığın gücü: Enerjinin gələcəyini formalaşdıran qadınlar” mövzusunda tədbir keçirilib