12 mart 2024 15:31
833

Uşaqlarda nitqin inkişafındakı problemlərin SƏBƏBİ NƏDİR? - UŞAQ NEVROLOQU AÇIQLAYIR

Nitqin inkişafındakı pozğunluqlar uşaqların şəxsiyyətinin ümumi formalaşmasına, onların intellektual böyüməsinə və davranışına təsir edir, öyrənməyi və başqaları ilə ünsiyyəti çətinləşdirir. Ekspressiv nitq uşaqların istifadə etdiyi cümlələrdə, fikirlərini düzgün ifadə etməsi və ya ifadə edəcəyi fikri düzgün bildirmək üçün sözləri yerində, qrammatik nizama uyğun istifadə etmə bacarığıdır. Reseptiv nitq isə məlumatı başa düşmə bacarığıdır. Nitq inkişafının geriləməsi 5 yaşa qədər olan uşaqlar üçün istifadə olunan termindir – buna yalnız nitqin pozgunluğu və uşağın zehni, emosional inkişafı normal olduqda deyilir. ÜNP (ümumi nitq pozğunluğu) -5 yaşdan yuxarı üçün istifadə olunan termindir – nitq sisteminin bütün komponentlərinin yəni, normal eşitmə və zəka ilə səs tərəfinin (fonetik) və semantik tərəfinin (lüğət, qrammatika) pozğunluqları baş verən müxtəlif mürəkkəb nitq pozğunluqlarıdır.

Bu fikirləri “İki sahil”ə açıqlamasında  Kliniki Tibbi Mərkəzin nəzdindəki Uşaq Nevroloji Xəstəxanasının uşaq nevroloqu Ülkər Mürsəlova “İki sahil”ə özəl açıqlamasında diqqətə çatdırdı.

Nevroloq körpələrdə nitq inkişafının mərhələlərindən danışarkən bildirdi ki, 1-2 aylıq körpələri qucağa alanda onlar sakitləşir, sevinc, narahatlıq, aclıq üçün müxtəlif səslər çıxarır.  3-4 aylığında onlar sait səslə “aa, uu” deyir,  5-6 aylığında isə ucadan gülür, 7-8 aylıq körpələr saitlərlə samitləri birləşdirə bilir, jestlərdən istifadə edir (etirazını başını bulayaraq bildirir, qucağa istəyəndə əllərini uzadir), 9-11ayında olarkən onlar hecaları təkrarlayır (da,da), 12-18 ayında isə sadə cümlələr qurur, sifət və əvəzlikdən istifadə edir, əşyaların adlarını tanıyır, lüğətində 10-25 söz olur. 18-24 aylıq körpələr isə iki sözlü cümlələrin sayını artırır, dediyi sözlərin mənasını anlayır, lüğətində 50-yə yaxın söz olur. 24-36 aylıq körpələr isə çoxhecalı sözlər deyir.Tərkibində 3-4 söz olan mənaca yaxın cümlələr qurur, çoxlu suallar verir, lüğətlərində 1000 söz olur.  4 yaşında uşaqlar qrammatik cəhətdən düzgün cümlələr qurur, əşyaları qruplaşdırır, lüğətlərində 2000 söz olur. 5 yaşlı uşaqlar isə bütün sözləri təmiz deyir, mətni təkrarlayır, fikir yürüdür, nağıllarda doğru və ya yalnışı ayırd edir. Onların lüğət ehtiyatlarında 3000 söz olur. 

Mütəxəssis uşaqlarda nitqin inkişafında gerililiyin səbəblərindən söz açarkən vurğuladı ki, prenatal, bətndaxili inkişaf zamanı müşahidə olunan serebral hipoksiya, anadangəlmə hidrosefaliya, nitq və eşitmə orqanlarının quruluşundakı anomaliyalar, beyin strukturlarının inkişafının pozulması,  anadangəlmə anomaliyalar, məsələn - anadangəlmə disleksiya, həmçinin natal yəni, doğuş zamanı pozğunluqlarla əlaqəli yaranan doğuş travması,  dolaşıqlıq və ya uzun müddət susuz qalma fonunda hipoksiya kimi neqativ hallar, eləcə də postnatal, erkən uşaqlıqda formalaşan  müxtəlif əsəbi-psixi xəstəliklər,  keçirilmiş meningit və digər neyroinfeksiyalar, eşitmə analizatoruna zərər verən otoinfeksiyalar, nitq hərəkət, nitq eşitmə apparatlarının travmatik zədələri, kəllə-beyin travmaları  körpələrdə nitq inkişafının geriləməsinə səbəb olur. 

Müxtəlif mənşəli nitq inkişafındakı geriləmələrə isə erkən doğuş, daxili orqanların ağır xəstəlikləri, pedaqoji baxımsızlıq, autizm aiddir 

Nevroloq nitq pozğunluqlarının kliniki təsnifatından danışarkən bildirdi ki, mərkəzi sinir sisteminin orqanik zədələnməsi ilə əlaqəli nitq pozğunluqları zədə səviyyəsindən asılı olaraq müəyyən formalara bölünürlər ki, bunlar afaziyalar-kortikal nitq zonalarının zədələnməsi nəticəsində nitqin bütün komponentlərinin dağılması, alaliyalar (inkişaf disfaziyası) – danışmadan əvvəlki dövrdə kortikal nitq zonalarının zədələnməsi nəticəsində nitqin sistemli zəif inkişafı, dizartiyalar – nitq əzələlərinin innervasiyasının pozulması nəticəsində nitqin səs-tələffüz tərəfinin pozulmasıdır. Həmçinin, mərkəzi sinir sistemindəki funksional dəyişikliklərlə əlaqəli nitq pozğunluqları (kəkələmə, mutizm və surdomutizm), eləcə də artikulyasiya aparatının struktur qüsurları ilə əlaqəli nitq pozğunluqları (mexaniki dislaliya, rinolaliya) da var. Müxtəlif mənşəli nitq inkişafındakı geriləmələrə isə erkən doğuş, daxili orqanların ağır xəstəlikləri, pedaqoji baxımsızlıq, autizm aiddir. 

Kəkələmə, danışmaqdan imtina...

Afaziya uşağın artıq formalaşmış nitqinin itdiyi nitq pozğunluğudur. İki növü var: motor afaziya və sensor afaziya. Birincisi, uşağın nitqinin itməsi ilə xarakterizə olunur, yəni tələffüz bacarığı qismən və ya tamamilə itirilir. Sensor afaziya ilə uşaq nitqi başa düşmür, sözləri ayırd etmir və ya səs-küy ilə səhv salır. Dizartriya ilə körpə bütün sözləri təkrarlayır və tələffüz edir, lakin qeyri-müəyyən: o, kəkələyir, dodaqlayır. Artikulyasiya pozulur, buna görə də yalnız valideynlər və uzun müddət yaxın təmasda olanlar bunu başa düşə bilər. Alaliya ilə uşaq ümumiyyətlə danışmır və ya qısaldılmış söz və ifadələrlə az danışır. Uşaqlarda Mutizm müəyyən sosial situasiyalarda danışmaqdan imtina ilə xarakterizə olunan psixi pozğunluqdur. Uşaqlar normal eşitmə qabiliyyətinə malikdir, nitqi başa düşə, danışa bilirlər. Uşaq məktəbdə suallara cavab vermir, evdə və küçədə normal danışır. Bu vəziyət müvəqqətidir və daha tez-tez utancaq, fiziki cəhətdən zəifləmiş uşaqlarda baş verir, şizofreniya və isteriya zamanı da baş verir. Kəkələmə nitqin hamarlığının və ritminin pozulmasıdır, bu zaman uşaq söz və ifadələri tələffüz etməkdə çətinlik çəkir, hecaların və ya qısa sözlərin təkrar təkrarlanması, tələffüz başlamazdan əvvəl fasilələrin uzanmasıdır. Mexanik (üzvi) dislaliya, artikulyasiya aparatının strukturunda qüsurların olması nəticəsində yaranan nitq patologiyasının bir formasıdır. Rinolaliya uşaqlarda nitq aparatının anatomik və fizioloji qüsurları ilə əlaqədar səs və səs tələffüzü tembrinin pozulmasıdır. Patologiya yalnız səs tembrinin kobud təhrifi ilə deyil, həm də yazının, fonemik qavrayışın, lüğətin və qrammatikanın davamlı pozğunluqları ilə xarakterizə olunur.

“Bəs valideyn nə vaxt mütəxəssisə müraciət etməlidir” sualına isə mütəxəssisin cavabı belə oldu: - 4 aylıq körpə emosiya göstərmir, qışqırmır, böyüklərin rəftarına biganədir, 9 aylığında hecaların təkrarı yoxdur, 12 ayında gülmür, ona müraciət edəndə cavab vermir, 18 ayında adı çəkilən obyektə baxmır, öz adına, qohumlarının adına reaksiya vermir, bircə kəlmə, hətta sadələşdirilmiş söz yoxdur,  2 yaşına çatanda heç bir tələbi yerinə yetirmir, sadə cümlələri və hətta ifadələri tələffüz etmir, 3 yaşında yalnız əzbərlənmiş sözləri və ifadələri - kitabdan və ya cizgi
filmindən danışır, öz nitqi yoxdur, 4 yaşına çatdıqda danışıq yalnız valideynlər üçün başa düşülən olur, sözlər qarışdırılır, təkliflər vermir, böyüklərə suallar ünvanlamır, ünsiyyətin aparıcı üsulu kimi mimika və jestlərdən istifadə edirsə müayinə  üçün psixiator, nevroloq, loqoped, psixoloq, audioloq, otolarinqoloq müraciət  etmək lazımdır. 

Yaqut Ağaşahqızı, “İki sahil”