Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinə məxsus iki helikopterin məhv edilməsinin görüntülərini yayıb.
“İki sahil” bu haqda "Комсомольская правда"ya istinadla xəbər verir.

Kadrlardan görünür ki, pilotsuz uçuş aparatının köməyi ilə kəşfiyyat zamanı Ukrayna ordusunun iki helikopteri aşkarlanıb. Bildirilir ki, helikopterlər yanacaq doldurmaq və silahlar yükləmək üçün gizli sahəyə eniş edib.
Sonra Rusiya artilleriyası kaset mərmilərindən istifadə edərək helikopterlərə zərbələr endirib.
Trampın Sülh Planında dondurulmuş Rusiya aktivləri ilə bağlı bəndi ləğv edilib?
Azərbaycan, Braziliya və Türkiyə qlobal iqlim təşəbbüsü GIA-ya rəhbərlik edəcək