14 mart 2024 14:39
703

“Türk Ulduzları” aviasiya qrupuna daxil olan təyyarə qəzaya uğrayıb VİDEO

Təlim uçuşu həyata keçirən “Türk Ulduzları”na məxsus F-5 təyyarəsi eniş edərkən qəzaya uğrayıb.

“İki sahil” Türkiyə KİV-ə istinadla xəbər verir ki, Konyada baş verən qəza zamanı təyyarənin pilotu paraşütlə tullanmağı bacarıb.

Qəzaya uğrayan təyyarənin "Türk Ulduzları"nın parkına düşdüyü bildirilib.

Katapult edən pilotun təcili yardım maşını ilə xəstəxanaya aparıldığı bildirilib.

Təyyarənin düşdüyü əraziyə çoxlu sayda polis, yanğınsöndürən və hərbi qruplar göndərilib.