20 mart 2024 15:26
341

Serbiya səfirliyi Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Serbiyanın Bakıdakı səfirliyi Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

“İki sahil” xəbər verir ki, təbrik səfirliyin “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində dərc olunub.

“Serbiya səfirliyi bütün Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edir. Bu bayramı həmişə sülh, sevinc, birlik və firavanlıq içində qeyd etməyinizi arzu edirik!”, - paylaşımda qeyd edilib.