20 mart 2024 18:40
451

Hər kəs bizimlə hesablaşmalıdır - ŞƏRH

Prezident İlham Əliyevin 2021-ci ildən etibarən işğaldan azad olunmuş ərazilərdən bayram təbriki artıq bir ənənə halını alıb. Hər dəfə fərqli məkandan Azərbaycan xalqının bayramını təbrik edən dövlətimizin başçısı bu il də Xankəndi şəhərində Novruz tonqalını alovlandırdı, çıxış edərək ötən illərdə verdiyi vədlərinin yerinə yetdiyini xatırlatdı, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin edildiyini bildirdi. 

Xankəndidə və digər ərazilərimizdə də 2023-cü ildəki antiterror əmliyyatları ilə separatizmin kökünün birdəfəlik kəsildiyini diqqətə çatdıran Prezident İlham Əliyev bunun bütün dünyaya Azərbaycan xalqının böyüklüyünü nümayişi olduğunu vurğuladı.Dövlətimizin başçısı, həmçinin Azərbaycanın hərbi uğurlarını şərtləndirən amillər barədə də fikirlərini bölüşdü.  
Xatırlayırıq ki, 1980-ci illərin sonlarından etibarən Xankəndidə yerli azərbaycanlı əhalisinə qarşı törədilmiş kütləvi talanlar və poqrom aktları erməni millətçilərinin etnik təmizlənmə prosesinin bir hissəsi idi. Ermənistan, eyni zamanda, Qarabağ və ətraf əraziləri işğal etdi. Həmin ərazilərdə bir nəfər də olsa, azərbaycanlı, türk millətinə mənsub şəxs qalmadı. Bütün bunlara baxmayaraq, Azərbaycanda olan ermənilərə toxunulmadı və onlara qarşı hər hansı ayrı-seçkilik edilmədi. Bu da Ermənistanın cinayətkar, monoetnik bir dövlət, Azərbaycanın isə multikultural, humanist ölkə olduğunun göstəricisidir və bu, tarix boyu da özünü göstərib. 

Azərbaycan Prezidenti Vətən müharibəsindəki məğlubiyyətindən nəticə çıxarmayan Ermənistanın Qarabağın nəzarətimizdə olmayan hissəsində qanunsuz fəaliyyət həyata keçirdiyi barədə də danışdı və antiterror əməliyyatlarının zərurət halını aldığını dedi.  Ermənistan öz qanunsuz əməlləri ilə 19-20 sentyabr əməliyyatlarını vacib hala gətirməsi ilə paralel olaraq da, Azərbaycan planlı şəkildə uyğun zamanı gözləyirdi. Çünki nə qədər də regiona qonşu olan ölkələrin bəziləri ərazi bütövlüyümüzü tanıdığını bildirsə də, eyni zamanda, Ermənistana və separatçılara dəstək göstərirdilər, onları silahlandırırdılar. 2020-ci ildəki savaşda Ermənistanda olmayan silahlar belə, İran, Hindistan və digər ölkələr tərəfindən separatçılara verilmişdi. Bunlar da qanunsuz olaraq Laçın yolu vasitəsilə daşınırdı. Düzdür, 2022-ci ilin dekabrın 12-dən başlayan Laçın-Xankəndi yolundakı ekoaksiya qanunsuz daşımaların müəyyən qədər də olsa, qarşısını almışdı. Amma Ermənistan alternativ yollardan istifadə etsə də, bu, o qədər də effekiv olmadı və əsas nəqliyyat yolundan istədikləri kimi daşıma edə bilmədilər. 
Vətən müharibəsindən əməliyyatlara qədər Azərbaycan İran, Rusiya, ABŞ-la təmaslar həyata keçirdi, öz mövqeyini bildirdi, bir sözlə, antiterror əməliyyatlarına hüquqi və siyasi zəmin yaratdı. Separatçılar ən son texnoloji vasitələrlə izlədinkləri üçün onlarda hansı növ silahların olduğunu bilən Azərbaycan antiterror tədbirlərindən əvvəl bütün hazırlıqları tamamlamışdı. Hansı ki, separatçıların nəzarətində olan bölgəmizdə 30 il ərzində ermənilər xeyli sayda hərbi təyyinatlı obeyketlər tikmişdilər, onların Xankəndidə qondarma dövlət idarələri də var idi. Ermənistan dövləti hətta 44 günlük müharibə başlamazdan əvvəl bu cür iddilar səsləndirirdi ki, Azərbaycan Ordusu keçmiş təmas xətti deyilən ərazini keçə bilməz. Reallıq isə o idi ki,  ermənilər həmin ərazilərdə milyonlarla mina basdırmışdılar. Ərazinin mürəkkəb relyefindıb faydalanan düşmən orada meşələrin içində beton tuneller və postlar tikmişdi ki, müəyyən edib, zərbə endirmək və zərər yetirmək olduqca çətin idi. Bundan əlavə, Ermənistandan könüllü adı altında muzdlu döyüşçülər və xeyli sayda silah-surat bölgəyə yerləşdirilmişdi. Amma Azərbaycan addım-addım Ermənistanın və  erməni silahlı birləşmələrinin hərəkətlərini izləyirdi. Prezident İlham Əliyev də bunu vurğuladı ki, Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyəti, maddi-texniki təchizatı çox yüksək səviyyədədir. Üç il ərzində qazanılan uğurlar da bunu bir daha sübut edir. Azərbaycan Ordusunun kəşfiyyat və döyüş qabiliyyəti onu regionun ən yaxşı ordularından birinə çevirib. 44 günlük müharibə və 1 günlük antiterror tədbirləri də bunu təsdiq etdi. 2020-ci ildən sonra 3 il ərzində öz gücünü daha da artıran Azərbaycan Ordusunun Xüsusi Təyyinatlı Qüvvələri və Komando birlikləri Türkiyədə müntəzəm şəkildə antiterror tədbirləri üçün hazırlandılar, dağ-meşə şəraitində döyüş qabiliyyətlərini daha da artırdılar.  
Ümumiyyətlə, götürsək İkinci Qarabağ müharibəsi və sonrakı əməliyyatlar Azərbaycan Ordusunun savaşma qətiyyətini, iradəsini, gücünü və müasir texnologiyalarını dünyaya nümayiş etdirdi. 
Otuz ilə yaxın işğalın Azərbaycan xalqı üzərindəki təsirinin böyük olmasına baxmayaraq, gənclərimiz milli vətənpərvərlik ruhunda yetişdirildi, bu da torplarımızın işğaldan azad edilməsində böyük rol oynadı. Bu baxımdan da Azərbaycan Silahlı Qüvvələri 44 günlük savaşın təcrübəsi, mənəvi əhəmiyyəti, texniki üstünlüyü ilə bundan sonra hər kəsə onunla hesablaşmaq lazım olduğunu göstərəcək.

Elmir Səftərov
Siyasi şərhçi