21 mart 2024 02:47
454

Azərbaycan BMT Nizamnaməsinə əsasən özünümüdafiə hüququndan istifadə etdi

Azərbaycan torpaqlarının 20 faizi keçmiş münaqiçə vaxtı işğal edilmişdi. İşğal zamanı müharibə etikasına və ən əsası da insanlığa zidd olan əməllər törədilmiş, etnik təmizlənmə aparılmış, körpə, yaşlı demədən sırf milliyətinə görə insanlar vəhşicəsinə öldürülmüşdür. Erməni təcavüzü nəticəsində respublikamızın 20 faizi işğal edilmiş, 900 yaşayış məntəqəsi zəbt edilmişdir. Bu dövr Azərbaycan xalqının qara yaddaşı, hüznlə xatırladığı dövrdür.

Ümummilli Lider Heydər Əliyevin siyasəti nəticəsində 1994-cü ilin mayında imzalanan atəşkəs Azərbaycan üçün yeni səhifə açdı. Azərbaycan bütün sahələrdə güc toplamağa başladı. İstər daxili, istərsə də xarici siyasətdə uğurlu addımlar atan Azərbaycan dövləti dünya siyasi arenasında söz sahibi olmağa başladı. Azərbaycan üzv olduğu beynəlxalq təşkilatların bütün toplantılarında həqiqətləri masaya yatıraraq  sülh yolu ilə münaqişənin həllinə çalışdı. Ədalətin bərqərar olması üçün bütün gerçəklikləri dünya ictimaiyyətinə çatdırdı. Umummilli Lider Heydər Əliyevin siyasi missiyasını uğurla davam etdirən Azrərbaycan Respublikasının Prezidenti İlham Əliyev həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz gücləndi.

30 il ərzində aparılan siyasət münaqişənin sülh yolu ilə həllinə yönəlmiş olmasına baxmayaraq istər Ermənistan tərəfi, istərsə də münaqişənin həlli ilə məşğul olan təşkilatlar öz öhdəliklərini yerinə yetirmədikləri üçün münaqişə öz həllini tapmadı. Nəhayət Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsi və ötən ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etdi.

Martın 17-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyev NATO-nun Baş katibi Yens Stoltenberq ilə birgə mətbuata bəyanatla çıxış edərkən bildirmişdir ki, artıq üç ildən çoxdur ki Qarabağ münaqişəsi müzakirə mövzuları sırasında yer almır. “Münaqişə hərbi-siyasi yolla həll edilib. Biz BMT Nizamnaməsinə əsasən özünümüdafiə hüququmuzdan istifadə etdik.” Və qeyd etmişdir ki bu, uzunsürən münaqişələrin necə həll edilə biləcəyinin bariz nümunəsidir.

Azad edilmiş ərazilərdə dağıdılmış, məhv edilmiş yaşayış məntəqələri, tarixi abidələr, məscidlər, məzarlıqlar, təhsil ocaqları, strateji dövlət idarələri və digər dövlət əhəmiyyətli tikililər erməni vandalizmini əks etdirərək, Azərbaycanın 30 il ərzində dünya ictimaiyyətinə çatdırmaq istədiyi gerçəklikləri sübut edir.

Ceyhunə Nəsibli,
Xətai rayonu, 287 nömrəli Zəkalar liseyinin İngilis dili müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü